Əfqanıstan-İran gömrük məntəqəsində yanğın zamanı 70 nəfər xəsarət alıb

Fev14,2021

Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində İranla sərhəddə gömrük məntəqəsində şənbə günü baş vermiş yanğın zamanı azı 70 nəfər xəsarət alıb.

“QİA.AZ” xəbər verir ki, bu barədə İranın “Farsnews” agentliyi bildirib.

Qeyd edilir ki, alov təxminən 20 min kv metr ərazini əhatə edib. Hadisə nəticəsində təxminən 500 yük maşın yanıb. Onlardan azı 70-i İrana məxsus olub.

Qeyd edək ki, hadisə gömrük məntəqəsində benzindaşıyan maşının partlayışı nəticəsində baş verib. Əfqan tərəfi alovun söndürülməsi üçün İrandan kömək istəyib. Yanğın lokallaşdırılıb.

Oxşar Xəbərlər