Əfqanıstan ordusu əməliyyat keçirib, 160 terrorçu öldürülüb

Əfqanıstanın müdafiə və təhlükəsizlik qüvvələri son sutkada “Taliban” hərəkatının 160-a yaxın silahlısını zərərsizləşdirib, 108-i isə yaralanıb.

“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Əfqanıstanın Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, “Taliban”a qarşı əməliyyat son sutkada Kunduz, Qəznə, Badqis,Herat, Gilmend, Qor, Nanqarhar, Vardak və Bədəxşan əyalətlərində keçirilib

Oxşar Xəbərlər