Əfqanıstanda hərbi bazada partlayış baş verib, ölənlər var

“Taliban” hərəkatının silahlıları Əfqanıstanın qərbində hərbi bazaya hücum ediblər.

“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, ən azı 18 əsgər həlak olub, 10 nəfər yaralanıb.

Qeyd olunur ki, taliblər gecə saatlarında Fərah vilayətində yerləşən hərbi bazaya qazdıqları yeraltı tunel vasitəsilə soxulublar.

Vilayətin qubernatoru Tac Məhəmməd Cahid yerli KİV-lərə açıqlamasında bildirib ki, tuneli qazmış silahlılar bazada partlayış törədiblər. Bazada ümumilikdə 30 hərbçi olub.

Hazırda Əfqanıstanda hökumət qüvvələri ilə taliblər arasında qarşıdurmalar davam edir. “Taliban” artıq geniş kənd ərazilərini ələ keçirib və böyük şəhərlərə hücuma başlayıb.

Oxşar Xəbərlər