Əfqanıstanda hərbi helikopter qəzaya uğrayıb, 9 xüsusi təyinatlı ölüb

Mar18,2021 #Əfqanıstan #helikopter #Qəza
helikopter

Əfqanıstanda xüsusi təyinatlı hərbi dəstəyə məxsus helikopterin qəzaya uğraması nəticəsində 9 nəfər ölüb.

“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Rusiya istehsalı olan “Mi-17” helikopteri Əfqanıstanın Vardak əyalətinin Behsud dairəsində qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterin göyərtəsindəki 9 xüsusi təyinatlı hərbçi ölüb.

Qəzanın səbəbi araşdırılır.

QİA.az

Oxşar Xəbərlər