Əfqanıstanın şərqindəki Qəzni şəhərində mina partlaması nəticəsində 4 polis əməkdaşı həlak olub.
“QİA.AZ“ın məlumatına görə, hadisə zamanı daha 3 nəfər yaralanıb.
Qeyd olunur ki, polis konvoyu keçərkən yolun kənarına yerləşdirilmiş iki mina partlayıb.
Həlak olanlardan biri şəhərin polis idarələrindən birinin rəhbəri olub.