Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzində partlayış baş verib.
“QİA.AZ” xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.
Hadisə nəticəsində əyalətin Rodat inzibati rayonunun rəhbəri ölüb. Partlayış zamanı 3 “Taliban” tərəfdarı yaralanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Qeyd edək ki, Nanqarhar İŞİD-in bir qolu olan Xorasan İslam Dövləti ilə əlaqəli silahlı dəstələrin cəmləşdiyi ərazi hesab olunur.