Əfqanıstanda partlayış baş verib, rayon rəhbəri ölüb

Okt10,2021

Əfqanıstanın Nanqarhar əyalətinin mərkəzində partlayış baş verib.

“QİA.AZ” xəbər verir ki, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb.

Hadisə nəticəsində əyalətin Rodat inzibati rayonunun rəhbəri ölüb. Partlayış zamanı 3 “Taliban” tərəfdarı yaralanıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Nanqarhar İŞİD-in bir qolu olan Xorasan İslam Dövləti ilə əlaqəli silahlı dəstələrin cəmləşdiyi ərazi hesab olunur.

Oxşar Xəbərlər