Əfqanıstanda partlayış nəticəsində 9 nəfər ölüb

Əfqanıstanın cənubundakı Hilmənd əyalətində yol kənarında bombanın partlaması nəticəsində qadın və uşaqlar daxil olmaqla 9 nəfər ölüb.

“QİA.az” xəbər verir ki, bu barədə “Tolo News” telekanalı mənbəyə istinadən məlumat yayıb.

Televiziya kanalının verdiyi məlumata görə, partlayış bu gün səhər Ləşgərgah şəhərində baş verib.

“Partlayış nəticəsində iki uşaq yaralanıb”, – mənbə telekanala bildirib.

Partlayışa görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

Oxşar Xəbərlər