Əfqanıstanda partlayış törədilib.
QİA.AZ xəbər verir ki, bu barədə yerli “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hadisə Kabildə baş verib. Partlayış nəticəsində azı 8 nəfər həlak olub, daha 14 nəfər yaralanıb.
Telekanal bildirib ki, hədəf şəhər avtobusu olub. Şahidlər ölənlərin sayının 30-a çata biləcəyini bildiriblər.
Hadisənin təfərrüatı açıqlanmır.