Əfqanıstanda baş vermiş partlayışda bir neçə hərbçi həlak olub.
“QİA.az” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, hadisə Herat əyalətində baş verib. Şindand rayonunda partlayıcı qurğunun işə salınması nəticəsində beş hərbçi ölüb, daha 4 nəfər xəsarət alıb.
Hadisənin təfərrüatı açıqlanmır.
Şindand silahlı toqquşmaların baş verdiyi ərazilərdəndir.