Əfqanıstanda silahlılar hakim qadınları güllələyiblər

Yan17,2021

Əfqanıstanın paytaxtı Kabildə iki hakim qadın öldürülüb.

“QİA.AZ” xəbər verir ki, bu barədə yerli “1TV News” telekanalı bildirib.

Məlumata görə, hadisə Taymani ərazisində olub. Motosikldə olan silahlılar qadın hakimləri güllələyiblər.

Qeyd edilir ki, silahlılar hakimlərin olduğu avtomobilə atəş açıblar. Hadisə nəticəsində daha iki nəfər yaralanıb.

Hələlik heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Oxşar Xəbərlər