Əfqanıstanda “taliban” hücumu nəticəsində bir neçə hərbçi öldürülüb

Apr7,2021

Əfqanıstanda güc strukturlarının əməkdaşlarına hücum olub.

“QİA.az” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, hadisə Tahar əyalətində, çərşənbə gününə keçən gecə baş verib. “Taliban” silahlılarının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin azı 6 əməkdaşı öldürülüb. Qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin əməkdaşı “Taliban”ın 8 silahlısını zərərsizləşdiriblər.

QİA.az

Oxşar Xəbərlər