Əfqanıstanda “talibançılar”ın hücumu zamanı 7 nəfər həlak olub

Əfqanıstanın şimalındakı Faryab əyalətinin “Taliban” hərəkatı döyüşçüləri tərəfindən minaatandan atəşə tutulması nəticəsində 7 dinc sakin həlak olub, daha 9 nəfər yaralanıb.

Bu barədə “QİA.az” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ölkənin 209-cu hərbi korpusunun komandanlığı bildirib ki, silahlılar Kaysar rayonunun mərkəzinə minaatandan zərbə endiriblər.

Atəş zamanı həmçinin bir neçə mağazaya ziyan vurulub. “Dinc əhaliyə hücum yolverilməzdir”, – komandanlığın xəbərində deyilir.

“Taliban” hərəkatı hücumla bağlı heç bir açıqlama yaymayıb.

Oxşar Xəbərlər