Əfqanıstanda terror aktı törədilib, 6 polis ölüb, 10-u yaralanıb

Əfqanıstanın şimalında yerləşən Baqlan əyalətinin mərkəzi Pole-Xumri şəhərində törədilən terror aktı nəticəsində təhlükəsizlik qüvvələrinin 6 əməkdaşı ölüb, 10-dan çoxu yaralanıb.

“QİA.az” “TOLO News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hökumətin nümayəndələri bildirib.

Hadisə iyunun 9-dan 10-na keçən gecə şəhərdəki hərbi bazanın yaxınlığında baş verib. Terrorçular avtomobili partladıblar.

“Taliban” qruplaşması partlayışın məsuliyyətini üzərinə götürüb.

Oxşar Xəbərlər