Əfqanıstanın Azərbaycandakı səfiri Prezident İlham Əliyevi təbrik edib

Əfqanıstanın Azərbaycandakı səfiri Xeyrullah Spelanaydan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

QİA.AZ-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanda yaşayan əfqanlar adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını torpaqların azad edilməsi, müharibənin zəfərlə başa çatması münasibətilə ürəkdən təbrik edirəm. Nəhayət Azərbaycan xalqı 28 illik erməni işğalından sonra öz ata-baba torpaqlarını azad etdi.

Uca Allaha dua edirəm ki, torpaqların işğaldan azad edilməsi üçün canlarından keçən şəhidlər cənnətlə müjdələnsinlər.

Gözəl, firavan və məhsuldar torpağınızda bundan sonra sülh və rifah hökm sürsün. Əfqanıstan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq daha da güclənsin.

Qarabağ Azərbaycandır!”.

Oxşar Xəbərlər