Əfqanıstanın sabiq naziri Almaniyada pizza kuryeri işləyir

Əfqanıstanın sabiq rabitə və informasiya texnologiyaları naziri Əhməd Şat Saadat Leypsiq şəhərində pizza kuryeri işləyir.

“QİA.AZ” “İzvestiye”yə istinadən xəbər verir ki, sabiq nazir “Lieferando” çatdırılma xidmətinin əməkdaşı kimi fəaliyyət göstərir və velosipedlə pizza daşımaqla məşğuldur.

2018-ci ildə Saadat Nazirlər Kabinetinin tərkibində olub və kənd əhalisi üçün mobil rabitə şəbəkəsinin genişləndirilməsinə cavabdehlik daşıyıb.

Rəhbərlik etdiyi qurumun maliyyəsini “talibançılar”la mübarizəyə yönəltməkdən imtina etdiyinə görə 2020-ci ildə Qani hakimiyyəti onu istefaya göndərib. Sabiq nazir həmin vaxtdan Almaniyaya köçüb.

Oxşar Xəbərlər