Ələt-Astara yolunda yük avtomobili aşıb

Mar8,2021

Lökbatan qəsəbəsində yol qəzası olub.

“QİA.az”ın məlumatına görə, hadisə Ələt-Astara yolunun Lökbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük avtomobili yolun kənarında aşıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün Bakı-Salyan yolunda güclü külək nəticəsində yük maşını aşıb.

Oxşar Xəbərlər