İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahında bir neçə işçi qrupunun iclasının keçirilməsi nəzərdə tutulur.
“QİA.AZ” xəbər verir ki, bunu Ağdamda keçirilən mətbuat konfransında Prezident Administrasiyasının şöbə müdirinin müavini Nüsrət Süleymanov deyib.
Onun sözlərinə görə, bu gün enerji və ekologiya üzrə işçi qruplarının iclası nəzərdə tutulub, növbəti dəfə isə nəqliyyat, rabitə, mədəniyyət, tarixi abidələrlə bağlı işçi qruplarının iclasının keçirilməsi planlaşdırılır: “Məqsəd qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində işçi qruplarında təmsil olunan şəxslərin fikirləri dinləməkdir”.