Əmlak Məsələləri Dövlət Xidmətinin şirkəti ötən ili mənfəətlə başa vurub

İyl 6, 2021

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə məxsus “Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC 2020-ci ili 3,318 milyon manat mənfəətlə başa vurub.

QİA.AZ” bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Bu il yanvarın 1-nə “Daşınmaz Əmlakın Kadastrı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”nin aktivləri 66,607 miylon manat olub ki, bu da illik müqayisədə 10% çoxdur. Hesabat dövründə şirkət öhdəlikləri 5,1 dəfə artaraq 3,409 manata, balans kapitalı isə 5,5% artaraq 63,198 milyon manata çatıb.

Oxşar Xəbərlər