Ən çox istifadə etdiyimiz sosial platforma hansıdır?

“We are social” platformasının yaydığı son məlumata görə, Azərbaycanda əhalinin 81,1 %-i (8,26 milyon) internet istifadəçisidir.

Bu barədə “QİA.az” Media Təhlil Mərkəzinə (MTM) istinadən xəbər verir.

Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 % artıb.

İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49 %-ni qadınlar, 51 %-ni kişilər təşkil edib.

Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir:

“Whatsapp” 92,2 %;

“Facebook” 87,9 %;

“Instagram” 76,4 %;

“Telegram” 60,3 %;

“Twitter” 23,3 %;

“Tiktok” 18,6 %;

“Linkedin” 12,7 %;

‘VKontakte” 5,8 %;

“Odnoklassniki” 4,8 %.

İştirakçıların 7,1 %-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4 %-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb.

Respondentlərin 0,8 %-i həftədə bir neçə dəfə, 0,3 %-i həftədə bir dəfə, 0,4 %-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib.

Cavab verənlərin 55,2 %-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3 %-i bunun əksini, 34,5 %-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib.

Sorğu iştirakçılarının 58,1 %-inin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6 %-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3 %-ini təşkil edib.

Oxşar Xəbərlər