Ərdoğan AB-yə üzvlük dəstəyinə görə Sloveniyaya minnətdarlığını bildirdi

Mar20,2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Sloveniya Respublikasının Prezidenti Borut Pahor arasında telefon danışığı olub.

QİA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Məlumata görə, tərəflər Türkiyə-Sloveniya münasibətlərini müzakirə ediblər.

Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, ölkələr arasında ikitərəfli münasibətlər strateji əməkdaşlıq haqqında Türkiyə-Sloveniya Razılaşmasının imzalanmasının 10-cu ildönümündə bütün istiqamətlər üzrə inkişaf edir.

Ərdoğan həmçinin razılaşmanın regionda sülhə, sabitliyə və inkişafa töhfə verəcəyinə ümidini ifadə edib.

Ərdoğanın sözlərinə görə, Türkiyə və Sloveniya arasında ticarət və iqtisadi əlaqələr böyük potensiala malikdir.

Türkiyə lideri həmçinin ölkəsinin Avropa Birliyinə üzvlük məsələsində dəstəyə görə Sloveniyaya minnətdarlığını ifadə edib.

Oxşar Xəbərlər