Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının ilk günlərindən Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
QİA.AZ-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Türkiyə Prezidenti, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb.
Qeyd edək ki, avqustun 6-da Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub.