Ərdoğan: “Bütün zərərlər qarşılanacaq”

Avq13,2021

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan leysan yağışları səbəbindən sel basan bölgələrə səfər edib.

QİA.AZ” “TRT Haber”ə istinadən xəbər verir ki, Sinopda vəziyyətlə tanış olduqdan sonra Kastamonu şəhərinə gəlib. Şəhərin Bozkurt rayonunda Türkiyə Prezidenti ictimaiyyətə müraciət edib.

“Allahın izni ilə bunu da aşacağıq. Dövlət olaraq nə lazımdırsa, əlimizdən gələni sürətlə edəcəyik. Sel nəticəsində yaranan bütün zərərlər qarşılanacaq. Millətimiz heç vaxt əyilməyib, yenə əyilməyəcək. Bu dövlət yıxılmayıb, yenə yıxılmayacaq”, – Ərdoğan söyləyib.

O, cümə namazından sonra selin nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən koordinasiya toplantısına sədrlik edəcək.

Oxşar Xəbərlər