“Ey Qərb! Haradasınız? Niyə səsiniz çıxmır? Niyə susdunuz? Sizdə belə bir şey olduğunda fəryadlarınız bitmirdi. 15 iyul hadisəsi oldu, səsiniz çıxmadı. İndi bu hadisə oldu, yenə səsiniz çıxmır. Səsiniz çıxsa da, çıxmasa da, biz vəzifəmizi bilirik. Bu terrorçulara bu ölkədə fürsət verməyəcəyik”.
“QİA.AZ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Durmaq yoxdur, yola davam. Bunu belə bilin! Yaşadığımız acılar millət olaraq bizi bir-birimizə daha da yaxınlaşdırır. “Gara” hadisəsi millətimizi və dövlətimizi qorumaq üçün sərhədlərimizin qarşı tərəfində təhlükəsizlik bölgəsi yaratmaq qərarımızı daha da gücləndirdi. “Gara” önəmli və problemli bölgə idi. “Gara”nın terrorçulardan təmizlənməsi, işin bitməsi deməkdir. Bir daha bənzər hücumlara məruz qalmamaq üçün təhlükəsiz hala gətirdiyimiz yerlərdə nə qədər lazımdırsa, o qədər qalacağıq”, – o bildirib.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ