İstanbul kanalının tikistisinin bu ilin iyun ayının sonunda başlaması planlaşdırılır.
QİA.AZ-ın məlumatına görə, bunu İstanbulun Çamlıca rayonunda yeni teleqüllənin açılışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
T.Ərdoğan bildirib: “Əlbətdə ki, bu meqalayihə ilə bağlı narahatlıqlarını bildirənlər olacaq. Bu bizi dayandırmayacaq”.
Prezidentin sözlərinə görə, layihənin icrası Türkiyə meqapolisinin geostrateji əhəmiyyətini artıracaq: “Türkiyənin yeni süni kanalının sağ və sol sahillərində iki şəhər inşa ediləcək. Bu şəhərlər İstanbulun görünüşünü bəzəyəcək”.