Ərdoğan Kılıçdaroğlunu sərt tənqid edib

Fev17,2021
Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara İdman Mərkəzində AK Partinin 7-ci qurultayında çıxışında CHP sədri Kamal Kılıçdaroğlunun ünvanına sərt ifadələr səsləndirib.

“QİA.AZ” “Hürriyet”ə istinadən xəbər verir ki, dövlət başçısı çıxışında bir neçə gün öncə PKK tərəfindən qətlə yetirilən 13 Türkiyə vətəndaşının ölümündə onu təqsirləndirən Kılıçdaroğluna cavab verib.

“Utanmadan 13 şəhid haqqında “bunun səbəbkarı Prezidentdir” deyirsən. Nə arsız adamsan? 5-6 ildir ki, bu şəhidləri yaxından izləyən, bizə necə “buna görə Prezident məsuliyyət daşıyır” deyə bilərsən?! Tərbiyəsiz adam. Sənə müdafiə nazirini, daxili işlər nazirini göndərirəm ki, məlumat versinlər. Sən bunlara layiq deyilsən. Utanmadan Prezidenti günahlandırırsan. Terrorçularla əl-ələ tutaraq Ankaradan İstanbula gedə bilərsən, ancaq biz Qara, Cudi, Tendürek və Bestler Derelerdəki terrorçularla mübarizəmizi davam etdirəcəyik, sən də tribunalardan seyr edərsən”,- deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, K. Kılıçdaroğlu Türkiyə Parlamentində keçirilən iclasındakı çıxışında 6 il öncə PKK tərəfindən qaçırılaraq bu il fevralın 14-də öldürülən 13 Türkiyə vətəndaşının qətlində R.T. Ərdoğanı günahlandırıb.

Oxşar Xəbərlər