Ərdoğan: “Kipr adasında federal deyil, iki dövlət olmalıdır”

Fev10,2021

“Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir”.

“QİA.AZ” xəbər verir ki, bunu Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının genişləndirilmiş toplantısında deyib.

“1960-cı illərdə Kipr türklərinə muxtariyyət hüququnu bunlar tanımırdı. “Mən bu məsələnin həllinə yardım etməyə 4 dəfə girişdim. Bacarmadım. İndi də uğur əldə etməməyim mümkündür”, bunu BMT-nin keçmiş baş katibi Koffi Annan mənə demişdi. Mən ona dedim ki, qarant ölkə olaraq Türkiyə tərəfdən mənfi heç bir iş görməyəcəksiz. “Yaxşı” deyib fəaliyyət başladı. Annan söz verdim ki, bu işi başa çatdırmadan ayrılmayacağıq. Referendum keçirdik. Türk tərəfi olaraq soydaşlarımızın 75 faizi yunanlar birlikdə adada fedeüral dövlətin qurulmasına razılıq verdi. Yunanların isə 65 faiz bu ideyanın əleyhinə səs verdilər. Bütün bunlara baxmayaraq Kiprin yunan hissəsi Avropa İttifaqına üzv qəbul olundu, Kiprin Türk hissəsi isə yox”, Türkiyə prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin həllindən danışarkən adada federal dövlətin yaranamasının mümkünsüzlüyünü vurğulayaraq deyib: “Kipr türkünü yox sayanların davranışında bir dəyişikliyin olmadığını görürük. İstər qəbul etsinlər, istər etməsinlər artıq məsələnin iki dövlətli həllindən başqa çıxış yolu yoxdur”.

O bu yaxınlarda Kirp Türk Respublikasınəa səfər edəcəyini də bildirib.

Oxşar Xəbərlər