“Fransa Prezidenti Emmanuel Makron görüşümüz zamanı Cənubi Qafqazdakı vəziyyəti gündəmə gətirdi”.
“QİA.AZ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G-20-lərin sammitindən qayıdan zaman jurnalistlərin sualını cavablandırarkən deyib.
“Dedik ki, keçən həftə orada olmuşuq və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşımız İlham Əliyev bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. Hətta Nikol Paşinyanla görüşü də olub.
Bu görüşdə bölgədə “altılıq” formatında əməkdaşlıq platformasının yaradılması məsələsi gündəmə gəldi. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı razılaşsa, biz burada sülh platforması yaratmış olarıq. Bizim istəyimiz odur ki, bu baş versin. Əgər bu reallaşarsa, effektiv olacaq”, – Ərdoğan əlavə edib.