Ərdoğan Merkellə videokonfrans formatında görüşüb

Mar5,2021

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya kansleri Angela Merkel arasında videokonfrans formatında görüş olub.

QİA.AZ-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, AKP-nin sözçüsü Ömər Çelik, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun və Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da iştirak edib.

Görüşdə Türkiyə-Almaniya əlaqələri və regional məsələlər müzakirə olunub.  

Oxşar Xəbərlər