Ərdoğan: “Rusiya ilə “S-400″lərin birgə istehsalı ölkələrimiz üçün həssas məsələdir”

Noy17,2021

Rusiya və Türkiyə “S-400” zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.

QİA.AZ” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Ərdoğan bunun Rusiya və Türkiyə üçün həssas məsələ olduğunu da qeyd edib.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə “S-400” zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb. “S-400” zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin isə bu ilin sonuna qədər imzalanacağı bildirilir.

Oxşar Xəbərlər