Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə diplomatik fəaliyyəti başa çatan Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahimi qəbul edib.
“QİA.AZ” xəbər verir ki, X.İbrahim bu barədə tviter səhifəsində paylaşım edib.
“Qardaş Türkiyədə Azərbaycanın səfiri olaraq işlədiyim dönəmdə hər zaman dəstəyinizi və diqqətinizi hiss etdim. Türkiyədən ayrılmadan öncə də məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, Cənab Prezident!”, – deyə X.İbrahim qeyd edib.
Qeyd edək ki, X.İbrahim Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.