Ərdoğan Türkiyədə peyvəndlənmənin başa çatacağı vaxtı açıqladı

Mar26,2021

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus əleyhinə vaksinləmə prosesinin cari ilin may-iyununda başa çatacağına ümidini ifadə edib.

QİA.AZ “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə lideri bu barədə İstanbulda jurnalistlərlə söhbətində bildirib.

“Biz Çindən 50 milyon doza vaksin gözləyirik. Almaniyadan “BioNTech” vaksininin 1,5 milyon dozası çatdırılıb. Rusiya tərəfi ilə də danışıqlar davam edir. Rusiyadan vaksin gələn kimi ölkədə vəziyyət daha çox yaxşılaşacaq”, – Türkiyənin dövlət başçısı deyib.

Oxşar Xəbərlər