Ərdoğan: “Türkiyənin dəstəyi sayəsində Ermənistanın işğalı sona çatıb”

“Dağlıq Qarabağda 30 illik ədalətsizliyin sona çatmasına töhfəmiz oldu”.

“QİA.AZ” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Ölkəmizin dəstəyi sayəsində Azərbaycanın Qarabağ ərazisində Ermənistan işğalı sona çatıb, daimi həllə yönələn ümidlər ilk dəfə artıb. Dünənədək ortalıqda olmayan, hətta bu məsələdə açıq şəkildə Ermənistana dəstək verən Minsk qrupunun həmsədri bəzi ölkələrin razılaşma ilə bağlı dilə gətirdiyi narahatlıqların heç bir dəyəri yoxdur”, – dövlət başçısı bildirib.

Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putin ilə apardığı telefon danışığı barədə də danışıb:

“Dünən axşam cənab Putinlə bu mövzuları danışdım. Bu danışıqla birlikdə bu proses içində ata biləcəyimiz addımları müzakirə etdik. İnanıram ki, cənab Putinlə apardığımız bu danışıqla birgə, xüsusilə Rusiya, Türkiyə, Azərbaycan olaraq bu proses ərzində bölgəyə sülhün bərqərar olmasının addımlarını atırıq. Bunun daha da genişləndirmə, inkişaf etdirmə şansımız var. Bu genişləndirmə və inkişaf etdirmə məsələlərini də Putinlə müzakirə etdik. Yəni üç ölkə xaricində, bölgə ölkələri içindən dördüncü, beşinci ölkələri də bura qatmaqla buradakı prosesi daha fərqli formaya sala bilərik”.

R.T.Ərdoğan Kəlbəcərin ermənilər tərəfindən boşaldılmasından da bəhs edib.

“Kəlbəcər dünən tamamilə boşaldı. 30 ilə yaxın gecikmə ilə də olsa, bu məsələdə haqq yerini tapıb. Qarabağda Azərbaycan bayrağı dalğalanmağa başlayıb”, – ölkə başçısı əlavə edib.

Oxşar Xəbərlər