Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.
QİA.AZ bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.
Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.
Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir.