Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Okt28,2020
Ərdoğanla Putin Qarabağı müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

“QİA.AZ” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər. Qeyd edilir ki, Vladimir Putin türkiyəli həmkarını Azərbaycan və Ermənistanın dövlət başçıları ilə əlaqədə olması barədə məlumatlandırıb.

Dövlət başçılarının telefon danışığında həmçinin Suriya böhranı diqqət mərkəzində olub.

Oxşar Xəbərlər