Əsir götürülmüş erməni hərbçilərin FOTOLARI

May27,2021

Mayın 27-si gecə saatlarında Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində təxribat törətməyə çalışarkən Azərbaycan Ordusu tərəfindən əsir götürülən 6 erməni hərbçinin fotoları yayılıb.

“QİA.az” xəbər verir ki, həmin görüntüləri “Caliber” paylaşıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.

“QİA.az” olaraq həmin fotoları təqdim edirik:

Oxşar Xəbərlər