Əslən Şuşadan olsa da, Qazaxıstanda doğulan Xurşud xanımın hekayəsi-VİDEO

İyn8,2023

Qazaxıstanda yaşayan ailənin 3 qız övladından sonra əkiz qızları dünyaya gəlir və ailə onlardan birini Ağdamda yaşayan nənəsinə verir. 17 il ailəsi ilə heç bir əlaqəsi olmayan qız çox çətinliklərdən keçir və ailə qurduqdan sonra Qazaxıstana köçməyə qərar verir. O, ata-anası, bacı-qardaşları ilə ilk dəfə görüşür və əkiz bacısını görəndə dəhşətə gəlir.

Qeyd olunanlar əslən Şuşanın Kosalar kəndindən olan və hazırda Qazaxıstanda yaşayan Xurşud Mustafayevanın həyatında baş verib. 

Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai Televiziya ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının çəkiliş qrupu Qazaxıstanda olub və maraqlı həyat hekayəsi olan Xurşud Mustafayevanın taleyi ilə bağlı veriliş hazırlayıb.

Vəsilə Vahidqızının müəllifi olduğu proqramın videoyazısını təqdim edirik:

Oxşar Xəbərlər