​​​​​​​Azərbaycan Tibb Universitetinin binası təmir edilir

May20,2021 #Tibb Universiteti

Azərbaycan Tibb Universitetinin (ATU) idman kompleksi, 5 saylı tədris binasının dam örtükləri və 2, 3-cü mərtəbələrinin foyesi təmir olunacaq.

“QİA.az” xəbər verir ki, ATU bununla bağlı 1 lot üzrə açıq tender elan edib.

Maraqlı şəxslərə təklif edilib ki, www.etender.gov.az – dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.

Tenderdə iştirak haqqı lot-1 üzrə 150 manat təşkil edir. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır.

Oxşar Xəbərlər