Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinə Donbasda görüşməyi təklif edib.
Bu barədə QİA.AZ Ukrayna mətbuatına istinadən xəbər verir.
Zelenski bildirib ki, Qərb Ukraynanı maliyyə cəhətdən dəstəkləməyə hazırdır. Ukrayna rəhbəri eyni zamanda Avropanın Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazır olduğunu vurğulayıb.
“Cənab Putin, mən sizə müharibənin getdiyi Donetskin istənilən nöqtəsində görüşməyi təklif etməyə hazıram”, – Ukrayna lideri deyib.
Zelenski eyni zamanda, Ukraynanın cənub-şərqindəki vəziyyətə görə rəsmi Kiyevin Moskvaya qarşı daha sərt sanksiyalar hazırlayan beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini söyləyib.