80 yaşlı Mehmet Çabuk 17 ildir Antalyanın Kemer bölgəsindəki dağda yaşayır.
QİA.az xarici KİV-ə istinadla xəbər verir ki, 2007-ci ildə Mehmetin 150 keçisini oğurlayıblar.
Bütün pulunu bu keçilərə xərcləyən qoca kişi bu hadisədən sonra insanlardan küsüb və dağda yaşamağa başlayıb.
O orada özünə kiçik koma düzəldib.
Həftədə iki dəfə şəhərə özünə ərzaq almağa gedir.
Kənd camaatı Mehmetə nəzarət edir onunla maraqlanır, tez-tez ziyarət edirlər. Mehmet Çabuka yenidən yaşadığı yerdə qalmağı təklif ediblər.
Lakin o ömrünün son illərini artıq dağda yaşayacağını bildirib.