18 ədəd “İphone” markalı mobil telefonlar aşkarlanıb

Fev2,2021
18 ədəd "İphone" markalı mobil telefonlar aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı yük nəqliyyat vasitəsi saxlanılıb.DGK Mətbuat Xidmətindən “QİA.AZ”a verilən məlumata görə, şifahi sorğu-sual zamanı sürücü üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin qoşqusunun qapısının içində xüsusi düzəldilmiş gizli saxlanc yerindən 18 ədəd “İphone 12” markalı mobil telefonlar aşkarlanıb.

Oxşar Xəbərlər