Bakıda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.
QİA.AZ-ın məlumatına görə, məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib. Məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib.
Qeyd edək ki, məzarların yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin optimal həll yolu müəyyən edilib.
Yanvarın 30-da isə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib.