Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.
QIA.AZ bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir.
Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək.