Yaponiyada fəaliyyət göstərən Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin təşəbbüsü ilə 20 Yanvar faciəsi barədə məlumatlar yapon dilində sosial mediaşəbəkələrində yerləşdirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən “QİA.AZ”a verilən məlumata görə,Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, 31 il əvvəl SSRİ rəhbərliyinin günahsız xalqımıza qarşı törətdiyi qanlıvə dəhşətli cinayətin səbəb və məqsədləri barədə Yaponiya ictimaiyyətinə ətraflıməlumatlar təqdim edilib. Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin haqlı tələblər irəli sürən, demokratik yollarla azadlıq və müstəqilliyə nail olmaq istəyən xalqımızın iradəsini qırmağa çalışdığı, amma buna nail olmadığı bildirilib. Ulu öndər Heydər Əliyevin bu qanlı hadisələr vaxtı həyatını təhlükəyə ataraq, Azərbaycan SSR-nin Moskva şəhərindəki daimi nümayəndəliyinə gəldiyi, baş verən faciədə keçmiş SSRİ vəAzərbaycan rəhbərliyinin günahkar olduğunu bəyan etdiyi nəzərə çatdırılıb.
Bildirilib ki, 20 Yanvar şəhidlərinin arzuları xalqımızın mərdliyi, apardığı mübarizənəticəsində həyata keçib. “Azərbaycan nəinki müstəqil dövlətə çevrilib, həmçininqəhrəman ordumuz Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləişğal altında qalan torpaqlarımızı azad edib. Bu, şəhidlərimizin xatirəsinə ən layiqlihədiyyədir. Şəhidlər Xiyabanı azadlığımızın, müstəqilliyimizin və milli birliyimizin rəmzikimi bundan sonrakı nəsillər üçün də qürur mənbəyi olaraq qalacaq”.
Məlumatda faciənin əks olunduğu fotolara geniş yer verilib.