2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16 174 vətəndaş müraciəti daxil olub

Fev1,2021
2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16 174 vətəndaş müraciəti daxil olub

2020-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 16174 müraciət daxil olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “QİA.AZ”a verilən məlumata görə, müraciətlər ərizə, şikayət və təklif xarakterli olmaqla məktub və teleqram vasitəsilə edilib.
Müraciətlərin əksəriyyəti Bakı və Sumqayıt şəhərləri, Şəki, Quba və Lənkəran rayonlarının
sakinləri tərəfindən edilib.
Agentliyə daxil olan müraciətlərin 9128-i müayinə, müalicə və cərrahi əməliyyatlar, 3469-u
əlillik məsələləri, 1378-i işə qəbul və əmək münasibətləri, 315-i dərman preparatları və tibbi
cihazların təminatı, 277-si COVID-19, 8-i tibb müəssisələrinə göndərişlərin verilməsi və 1599-u isə
digər məsələlər üzrə mövzuları əhatə edib.
Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.
Qəbul qrafikinə uyğun olaraq ötən il ərzində Agentliyin rəhbərliyi və vəzifəli şəxsləri
tərəfindən 2443 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi
sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə
təminat və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin
tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib.
Qeyd edək ki, vətəndaşların müraciət etmək imkanlarını artırmaq məqsədilə Agentliyin
rəsmi internet səhifəsində Vətəndaşlar üçün” bölmə mövcuddur. Bölmədə vətəndaşların qəbulu
cədvəli, vətəndaşların müraciətlərinə dair qanunvericilik aktları yerləşdirilmiş, habelə onların
elektron qaydada müraciət göndərmələri və aidiyyəti vəzifəli şəxsin qəbuluna yazılmaları təmin
edilmişdir.

Oxşar Xəbərlər