2020-ci il üzrə ölkədə elektrik enerjisi ilə bağlı operativ göstəriciləraçıqlanıb

2020-ci il üzrə ölkədə elektrik enerjisi ilə bağlı operativ göstəricilər açıqlanıb

Energetika Nazirliyindən “QİA.AZ”a verilən məlumata görə,2020-ci ildə respublika üzrə elektrik enerjisinə dair operativ məlumatlara əsasən,dekabr ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2389,3 mln. kVt·st, ixracı 157,56mln. kVt·st, idxalı 10,7 mln. kVt·st olub.2020-ci ilin yanvar-dekabr aylarında isə respublikada elektrik enerjisinin istehsalı25811,2 mln. kVt·st təşkil edib. Hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə24398,2 mln. kVt·st, SES-lərdə 1069,5 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ)üzrə isə 343,55 mln. kVt·st olub. Bu dövrdə Külək Elektrik Stansiyalarında 96,1 mln. kVt·st,Günəş Elektrik Stansiyalarında 46,9 mln. kVt·st, Bərk Məişət Tullantılarının YandırılmasıZavodunda 200,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.2020-ci ildə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 23033,8 mln. kVt·ts(İES-lərdə 22142,5 mln. kVt·st, SES-lərdə 891,3 mln. kVt·st), Naxçıvan MR DövlətEnergetika Xidməti üzrə 429,7 mln. kVt·st (İES-lərdə 230,8 mln. kVt·st, SES-lərdə 157,8mln. kVt·st, Günəş ES-də 41,1 mln. kVt·st), Müstəqil Elektrik Stansiyaları üzrə 2272,7 mln.kVt·st, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 75,1 mln. kVt·st təşkil edib. Budövrdə elektrik enerjisinin ixracı 1147,8 mln. kVt·st, idxalı isə 136,3 mln. kVt·st olub.

Oxşar Xəbərlər