2020-ci İldə Azərbaycanda qaz istehlakı 3,7 % artıb

Yan18,2021

2020-ci il ərzində Azərbaycanda ümumilikdə 12 milyard kubmetr təbii qaz istehlak olunub.

Bu barədə “QİA.AZ” Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2020-ci il üzrə açıqlanan qazma, hasilat, emal və ixrac göstəricilərində bildirilir.

Məlumata görə, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 3,7 % çoxdur.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 milyard kubmetr təşkil edib.

Oxşar Xəbərlər