1 aprel 2021-ci il tarixindən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanmağa başlayıb. Belə ki, icbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim edilən ilkin hesabatlara əsasən, bu ilin aprel ayı ərzində Bakı, Sumqayıt və Abşeron əhalisinə 507 000 tibbi xidmət göstərilib. Belə ki, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 283 312 dəfə müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 383 555-i ambulator, 123 445-i isə stasionar şəraitdə göstərilib.
Bu barədə “QİA.az”a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən, ilk onluqda yer alan Bakı şəhərinin rayonları: Pirallahı (237), Nərimanov (200), Yasamal (198), Sabunçu (183), Nəsimi (129), Xəzər (124), Suraxanı (97), Səbail (80), Binəqədi (48) vəXətai (42).
Sumqayıt şəhəri üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 84, Abşeron rayonu üzrə isə 25 təşkil edib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Respublika Klinik Xəstəxanası (67 332), Kliniki Tibbi Mərkəz (61 104), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (50 949), Sumqayıt Tibb Mərkəzi (45 538), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (33 560), K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (26 405), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (23 418), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (12 464), Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (11 825) və13 nömrəli Uşaq Poliklinikası (8 693).
Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu və 13 nömrəli Uşaq Poliklinikası.
Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Respublika Perinatal Mərkəzi, M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi, M.Ə.Əfəndiyev adına 2 nömrəli şəhər Kliniki Xəstəxanası və Akad. C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu.
Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və onun əlavə aparatının xəstəlikləri ilə bağlı olub.
2021-ci ilin aprel ayı ərzində Bakı şəhəri tibbi ərazi bölməsi (TƏB) üzrə 452 540 vəSumqayıt TƏB üzrə 54 460 tibbixidmət göstərilib.
01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.
Qeyd edək ki, bütün ölkə üzrə aprel ayı ərzində 557 152 nəfərə tibbi xidmət göstərilib.