2023-cü ildə qiyməti ən çox bahalaşan futbolçuların SİYAHISI

Dek 29, 2023

2023-cü ildə transfer dəyərini ən çox artıran futbolçuların reytinqi dərc edilib.

Siyahını “Transfermarkt” internet portalı özünün “Telegram” kanalında yayımlayıb.

Siyahıya “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir. Onun dəyəri 70 milyon avro artaraq 180 milyona çatıb.

İlk onluqda yer alan digər oyunçular (hazırkı və mötərizədə artım dəyərləri, avro ilə):

Evan Ferqyuson – “Brayton”, 65 milyon (+ 64 milyon);

Lamin Yamal – “Barselona”, 60 milyon (+ 60 milyon);

Uorren Zair-Emeri – PSJ, 60 milyon (+ 54 milyon);

Moyses Kaysedo – “Çelsi”, 90 milyon (+ 52 milyon);

Xavi Simons – “RB Leypziq”, 70 milyon (+ 52 milyon);

Rasmus Hoylun – “Mançester Yunayted”, 65 milyon (+ 50 milyon);

Takefusa Kubo – “Real Sosyedad”, 60 milyon (+ 48 milyon);

Ceremi Doku – “Mançester Siti”, 65 milyon (+ 47 milyon);

Levi Koluill – “Çelsi”, 55 milyon (+ 45 milyon milyon).

Oxşar Xəbərlər