2024-cü ilin ən çox satılan smartfon istehsalçısı bəlli olub

Apr6,2024

“Samsung” cari il üçün dünyanın ən çox satılan smartfon istehsalçısı titulunu bərpa edib. 

QİA.az xəbər verir ki, Counterpoint Research-in son hesabatlarına görə, “Samsung” mart ayında 19,69 milyon telefon sataraq, qlobal bazarın 20 faizini ələ keçirib. “Apple” isə ümumilikdə 17,41 milyon iPhone satışı ilə bazarın 18 faizini ələ keçirib.

Qeyd edək ki, mütəxəssislər bu geri dönüşü Galaxy S24 seriyası və Galaxy AI kimi süni intellekt xüsusiyyətləri ilə əlaqələndirirlər.

Oxşar Xəbərlər